İnformasiya toplusu (massivi)

Information collection Saxlanma və istifadə üçün yığılan, qeydə alınan və müvafiq qaydada sistemləşdirilən informasiya toplusu (nəşrlər, elmi və digər hesabatlar, elektron qeydlər).
İnformasiya təhlükəsizliyi
İnfrastruktur
OBASTAN VİKİ
Dağ massivi
Dağ massivi və ya massiv — Geoloji quruluş cəhətdən bir cür olan yastı dağ təpələrindən ibarət sahə, Tyan şan massivi, Monblan massivi.
Laçın massivi
Laçın massivi və ya Laçınkənd — Bakının Qaradağ rayonu ərazisində, Qurd qapısı yaxınlığında Bakı dairəvi avtomobil yolu üzərində yaşayış massivi. == Tarixi == 1993-cü ildə Laçın rayonu ermənilər tərəfindən işğal edildikdən sonra əsasən Laçın rayonunun İmanlar kəndinin əhalisi burada yerləşmişdir. Yaşayış massivi daha çox Laçınkənd adı ilə tanınır. == Coğrafiyası == Yaşayış massivi dağın yamacında yerləşir. Həmçinin "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığında, Bakı dairəvi avtomobil yolu üzərindədir. == Təhsil == Laçın massivində Laçın rayonu İmanlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir (Laçın rayonu Vüqar Cavanşir oğlu Niftəliyev adına İmanlar kənd tam orta məktəbi isə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərir).
Vinson massivi
Vinson massivi — Antarktidanın ən hündür dağıdır. Cənub qütbündən 1200 aralıda yerləşir. Öz növbəsində Elsuort dağlarının tərkib hissəsini təşkil edir. Massivin uzunluğu 21 km, eni isə 13 km təşkil edir. Massivin mövcudluğu haqqında ilk məlumat 1957-ci ilə aiddir. Massiv təyyarədən aşkarlanmışdır. Massiv amerikalı siyasətçi Karl Vinsonun şərəfinə adlandırılmışdır. Ən hündür zirvəsi Vinson pikidir. Dağın hündürlüyü 4892 metr təşkil edir.
Vulkan massivi
Vulkan massivi (rus. массив вулканический, ing. pile, volcanic cruster, volcanic massif) — bir neçə kiçik vulkanın bir- birinə çox yaxın yerləşməsi zamanı əmələ gəlir.
Qurtuluş toplusu
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
İstiqlal toplusu
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
İnformasiya
İnformasiya (ing. information, rus. информация, türk. bilgi) — verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Kompüterlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman "verilən" və "informasiya" terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (data) hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD51FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir.
Feqeraş (dağ massivi)
Feqeraş (rum. Munţii Făgăraşului) — Cənubi Karpat dağlarından keçən dağ massivi. Massif Rumıniyanın ən mərkəzində yerləşir, ölkənin ən yüksək zirvələridə buradadır — Moldovanu (2544 m), Him (2535 m), Vistia Mare (2527 m) və Lespezi (2522 m). Feqaraş Olta vadisi ilə Dymbovitsa çayının baş çayları arasında təxminən 60 km uzanır. Geoloji baxımdan massiv kristal süxurlardan ibarətdir. Yamaclar təxminən 1700 m hündürlüyə qədər fıstıq, palıd və iynəyarpaqlı meşələrlə örtülüdür \. 2000 m-dən yuxarıda bir neçə nisbətən böyük buzlaq gölü var. Valaxiya və Transilvaniyanı birləşdirən Transfeqeraş şossesi massivdən keçir..
Sen-Qotard massivi
Sen-Qotard massivi — İsveçrədə dağ silsiləsi, Alp dağlarının bir hissəsi. Are çayının mənbəyidir. Mərkəzi Alp dağlarında kristal kütləsidir. Arhornda 4,275 metrə qədər yüksəlir. Vadilərlə bir qədər girintili olan Sen-Qotard massivinin hündür zirvələri var. Bunlara Yunqfrau (4,166 m), Mönx (4,105 m), Fişerhorn (4,049 m), Alexhorn (4,182 m) və nəhayət ən yüksək zirvə olan Finsterarborn (4,275 m) aiddir. Alp dağlarının bu hissəsi çox yüksəkdir və eroziya nəticəsində kənarları tamamilə yuyulmuşdur, nəticədə çox güclü kristal-metamorfik (xüsusilə qneys) təməl əmələ gəlmişdir. Sen-Qotard massivi kütləvi suların dağılma mərkəzi rolunu oynayır. Burada hündür vadilər çox girintili deyil, dar vadilər və geniş hövzələr bir-birini əvəz edir. Bu vadilər hərəkət etmək üçün əlverişli olmayan kiçik bölgələri təşkil edir.
Yasamal (yaşayış massivi)
Yasamal — Bakının Yasamal rayonu ərazisində yaşayış massivi. Yasamal termini elmi ədəbiyyatda "dağ döşündə yerləşən, çox geniş olmayan, az meyilli düz sahə" kimi izah edilir. Açıqlıq, meşəsiz sahələrə, dağ belinə də yasamal deyilir. Oronimin yastı və yal sözlərindən ibarət olduğu güman edilir. "Yasamalbaşı", "Yasamal ətəyi" və s. terminləri Şamaxı, Ağsu, Göyçay, Gədəbəy, Şəmkir, Qəbələ rayonlarında işlənir. Əsasən 1959-cu ildən Xızı rayonunun kəndlərindən köçənlər Bakının Yasamal deyilən yerində yaşayış mənzilləri tikməyə başlamışlar. Bakı şəhərinin qərb hissəsində yerləşir. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır.
Çu-Ponq massivi
Çu-Ponq massivi — Vyetnamın Mərkəzi plato ərazilərində, Kambocaya qədər uzanan mürəkkəb topoqrafiyası, dərələri və meşələri olan massiv. Çu-Ponq Zyalay çayının şimalında, Ya-Krel çayının cənubunda yerləşir və Vyetnamın Çu-Pronq rayonunda yerləşir. Çu-Ponq massivi 1965-ci ildə Vyetnam müharibəsi zamanı Ya-Dranq döyüşünün yeri idi.
"Cavidşünaslıq" araşdırmalar toplusu
"Qardaş köməyi" toplusu
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. == Mahiyyəti == Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. == Əsas yazıçılar == Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi. Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
Aeronaviqasiya məlumatlarının toplusu
Aeronaviqasiya məlumatlarının toplusu (ing. Aeronautical Information Publication) — bütün dünyada təhlükəsiz uçuşun həyata keçirilməsi üçün pilot və hava hərəkətini idarəetmə orqanları (ATC, ATM), habelə hava nəqliyyatının idarə olunması, gömrük, sərhəd və sanitariya nəzarəti və hər bir hava limanının və rayon mərkəzinin inzibati qaydaları üzrə tələblər tərəfindən istifadə olunur. == Toplunun məzmunu == Kolleksiya daxildir: Hava limanlarının sxemləri: Aerodrom haqqında məlumat Aerodrom xəritəsi Aerodrom yerüstü hərəkət xəritəsi / enişdən sonra / uçuş üçün Rayon xəritəsi Cihazlar/vizual qaydalar üzrə standart uçuş kartı Cihazlar/vizual qaydalar üzrə standart gəliş kartı Cihazlar/vizual qaydalar üzrə standart yürüş xəritəsi Enməyə daxilolma üçün kart Nodal nəzarət sahələri: Rayon xəritəsi Tranzit marşrutları xəritəsi Qadağan olunmuş rayon bölgələrinin xəritəsi Hər bir bölgə üçün hava trafik məlumat kartları Hər bir rayon üçün gömrük, sərhəd və sanitariya tələbləri. == Toplunun yaradılması və dəyişdirilməsi == Hər bir ölkədə bu toplu dövlət orqanı tərəfindən nəşr olunur və dövlət sənədi hesab olunur. == İstinadlar == == Xarici keçidlər == "Avsim" (rus). 2013-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-22.
Marallarım (hekayələr toplusu)
Marallarım — Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildən etibarən "Marallarım" adı altında "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi hekayələrini "Mütrüb dəftəri" ilə başlamışdır. Hekayədə kənd yüzbaşısı Qasım əminin fəaliyyətindən danışılır. "Marallarım" adı altında gedən hekayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini verir, cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edir, xalqın ruhunu, zehnini zəhərləyən təbliğatçıları kəskin tənqid atəşinə tuturdu. Onun 1910–1913-cü illərdə "Molla Nəsrəddin" jurnalında "Ceyranəli" imzası ilə çap etdirdiyi "Marallarım" adlı hekayələr toplusuna aşağıdakılar daxildir: "Müqəddimə" (Molla Nəsrəddin jurnalı, S.29, 1910) "Mütrüb Dəftəri" (Molla Nəsrəddin jurnalı, S.30, 1910) "Dəcəlabad" (Molla Nəsrəddin jurnalı, S.42, 1910) "Yaşılbaş Sona" (Molla Nəsrəddin jurnalı, S.28, 1911) "Qiraət" (Molla Nəsrəddin jurnalı, S.30–35 arası, 1911) "Şikayət" (Molla Nəsrəddin jurnalı, S.35, 1911) "Şəbih" (Molla Nəsrəddin jurnalı, S.7, 1912) "Pir" (Molla Nəsrəddin jurnalı, S.10–12 arası, 1913) "Tənqid" (Molla Nəsrəddin jurnalı, S.14–16 arası, 1913) "Acından Təbib" (Molla Nəsrəddin jurnalı, S.22–24, 1913) 1927-ci ildə Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin otuz beş illik yubileyi keçirilir. O, bu dövrdə "Marallarım" silsiləsindən olan satiric və başqa ciddi ruhlu çoxlu hekayələr çap etdirir. Hekayələrin bir hissəsi "Marallarım" (1927) və digər hissəsi "Hekayələr" (1940) kitabında toplanmışdır. "Marallarım" ilk dəfə tərtib edilərək kitab şəklində "Azərnəşr" tərəfindən 1927-ci ildə Bakıda nəşr edilmişdir. "Marallarım" başlığı ilə yazılan hekayələr "Xortdanın Cəhənnəm Məktubları" və "Mozalanbəyin Səyahətnaməsi" -nin davamı olaraq qələmə alınmışdır. Haqverdiyevin "Marallarım" sərlövhəsiylə çap etdirdiyi hekayələr "Cəhənnəm məktubları"nı tamamlayır. Hekayələrdə "cəhənnəmdə" cəza çəkənlərin oraya "getməzdən" əvvəl dünyada gördüyü işlər təsvir və ifşa olunur.
Mirqorod povestlər toplusu
Mirqorod povestlər toplusu (rus. Миргород (сборник)) — 1835-ci ildə Nikolay Qoqolun "Mirqorod" və "Ədəbi parçalar" adlı iki kitabı işıq üzü görüb. "Mirqorod" iki hissədən ibarət idi. Birinci hissəyə "Köhnə dünya mülkədarları" və "Taras Bulba", ikinci hissəyə isə "Viy", "İvan İvanoviçlə İvan Nikiforoviçin dalaşması haqqında povest" daxil idi. Müəllif "Mirqorod"u həm də "Dikanka yaxınlığında Xutorda axşamlar"ın davamı adlandırmışdı. Bu ikinci ad onunla əlaqədar idi ki, "Axşamlar" kimi bu yeni povestlərdə də ancaq Ukraynanın müasir həyatından və tarixi keçmişindən bəhs olunur. Bununla belə üslüb, yaradıcılıq metodu cəhətdən "Viy" müstəsna olmaqla, "Mirqorod" "Axşamlar"dan tamamilə fərqlənirdi. Belə ki, "Viy" "Axşamlar"da olan povestlər kimi nağılvari, fantastik, sehrli bir süjetdə yazıldığı halda qalan povestlər tənqidi realizm üslubunda yazılmışdı. Hətta yüksək romantik pafosla zəngin olan "Taras Bulba"da da realist həyat səhnələri, canlı insan xarakterləri əsas yer tuturdu. "Viy" xalq əfsanələri əsasında yazılmış povestlərdən biri idi.
Qafqaz toplusu (jurnal)
Qafqaz toplusu (rus. Кавказскій сборникъ) — hərbi tarix mövzusunda illik jurnal. 1876-1912-ci illərdə Qafqaz Hərbi Dairəsi Baş Qərargahının Hərbi-Tarix Şöbəsi tərəfindən Qafqaz Ordusunun Baş Komandanı, general-feldmarşal, Qafqaz canişini, Böyük Knyaz Mixail Nikolayeviç Romanovun göstərişi ilə Tiflisdə nəşr edilmişdir (1881, 1891-1893 və 1904-cü illər istisna). Jurnalın yaradılması ideyası 1862-ci ildən etibarən Qafqazdakı İmperator Əlahəzrətinin qubernatoru və Qafqaz ordusunun komandanı olan Böyük Knyaz Mixail Nikolaeviçə məxsus idi. Jurnalın ilk baş redaktoru Artilleriya Qvardiyası polkovniki İvan Çernyavski olmuşdur. Jurnal Qafqaz Hərbi Dairəsi Qərargahının Hərbi-Tarixi Şöbəsi tərəfindən nəşr edilmiş və Qafqazın fəthinə həsr olunmuşdu. Jurnalın əsas məqsədi qəhrəman rus zabit və əsgərlərinin ənənəsini yaşatmaq, "sonrakı hərbi əməliyyatlar üçün" keçmiş döyüş təcrübələrini öyrənmək və yaddaşını qorumaq idi. Qafqazda şöhrət qazanmış Rusiya imperiyasının ordusunun zabit və əsgərlərinin qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq məqsədi əsas vəzifə kimi qarşıda dururdu. Jurnalda göstərilən tarixi sənədlərə və arxiv məlumatlarına əlavə olaraq, döyüşçülərin xatirələri də dərc edilmişdir. Bu məqsədlə, 25 avqust 1874-cü ildə Mixail Nikolaeviçin əmri ilə jurnalın nəşrinə fayda verə biləcək qeydlər, gündəliklər və digər əşyalar şəklində qalan müxtəlif materialları toplamaq üçün çap olunmuş bir müraciət nəşr olundu.
Ülkər (ulduz toplusu)
Ülkər — Buğa bürcündə və Yerdən 440 işiq ili uzaqlığında yerləşən açıq ulduz topasıdır. Ulduz toplusunun yaşı təxminən 60-100 milyon ildir. Ulduz topası 250 milyon ildən sonra məhv olacaq. Bu ulduz topasında 1000 - dən çox ulduz olduğu ehtimal olunur.
Gizli informasiya
Dövlət sirri — Dövlət orqanının məxfiliyinin , bütövlüyünün və ya mövcudluğunun qorunmasını tələb edən həssas məlumatdır. Bu cür məlumatlara giriş qanun və ya qaydalarla məhdudlaşdırılır və yalnız icazəsi və səlahiyyəti olan şəxslər tərəfindən əldə edilə bilər. Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır; Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları—dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir; Dövlət sirrinin mühafizəsi sistemi—dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;.. === Dövlət sirri təşkil edən məlumatların siyahısı === Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında; Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında; Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında; Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında; Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
Həsas informasiya

Həssas informasiya

İnformasiya azadlığı
Məlumat azadlığı və ya İnformasiya azadlığı — fərdin məlumatı dərc etmək və istehlak etmək azadlığı. Məlumat əldə etmək fərdin məlumatı səmərəli şəkildə axtarmaq, qəbul etmək və ötürmək qabiliyyətidir. Bura bəzən "elmi, yerli və ənənəvi biliklər; məlumat azadlığı, açıq internet və açıq standartlar daxil olmaqla, açıq bilik resurslarının yaradılması, məlumatların açıq əldə edilməsi və əlçatanlığı; rəqəmsal irsin qorunması; mədəni və dil müxtəlifliyinə hörmət, məsələn, əlçatan dillərdə yerli məzmuna çıxışı təşviq etmək, hamı üçün ömür boyu və elektron keyfiyyətli təhsil; əlillər tərəfindən bacarıq, təhsil, cins, yaş, irq, etnik mənsubiyyət və əlçatanlığa əsaslanan bərabərsizliklərin aradan qaldırılması da daxil olmaqla, yeni media və informasiya savadlılığının və bacarıqlarının yayılması və onlayn sosial inklüzivlik; mobil rabitə, internet və genişzolaqlı infrastruktur da daxil olmaqla əlaqə və əlverişli İKT-nin inkişafı" aiddir. İnformasiyanın açıq nəşri və formal informasiya azadlığı qanunları da daxil olmaqla, hökumət məlumatlarına ictimai çıxış geniş şəkildə hökumətdə demokratiyanın və dürüstlüyün mühüm əsas komponenti hesab olunur. Maykl Baklend məlumat əldə etmək üçün aradan qaldırılmalı olan altı növ maneəni müəyyən edib: mənbənin identifikasiyası, mənbənin mövcudluğu, istifadəçinin qiyməti, provayderin dəyəri, koqnitiv giriş və məqbulluq. "İnformasiya əldə etmək", "məlumat əldə etmək hüququ", "bilmək hüququ" və "məlumat azadlığı" bəzən sinonim kimi istifadə edilsə də, müxtəlif terminologiyalar məsələnin xüsusi (əlaqəli olsa da) ölçülərini vurğulayır. Məlumat azadlığı şifahi, yazılı, çap, elektron və ya bədii formalar vasitəsilə istənilən mühitə tətbiq edilə bilən ifadə azadlığı ilə bağlıdır. Bu o deməkdir ki, söz azadlığının hüquq kimi müdafiəsi təkcə məzmunu deyil, həm də ifadə vasitələrini əhatə edir. Məlumat azadlığı internet və informasiya texnologiyalarının məzmununda bəzən məxfilik hüququ ilə ziddiyyət təşkil edən ayrıca anlayışdır. İfadə azadlığı hüququ kimi, şəxsi toxunulmazlıq hüququ da qəbul edilən insan hüququdur və məlumat azadlığı bu hüququn genişləndirilməsi kimi çıxış edir.
İnformasiya dövrü
İnformasiya çağı, İnformasiya əsri, Rəqəmsal dövr, Rəqəmsal əsr — XX əsrin ortalarından başlayan tarixi dövr. Sənaye inqilabı zamanı qurulan ənənəvi sənayelərdən informasiya texnologiyalarına əsaslanan iqtisadiyyata sürətli keçid ilə xarakterizə olunur. İnformasiya çağının başlanğıcı 1947-ci ildə tranzistorun, 1957-ci ildə optik gücləndiricinin və 1970-ci il yanvarın 1-də başlayan "Unix" vaxtının inkişafı ilə əlaqələndirilir. Bu texnoloji irəliləyişlər məlumatın emalına və ötürülməsinə əhəmiyyətli təsir göstərmişdir. Birləşmiş Millətlər Təşkilatının Dövlət İdarəetmə Şəbəkəsinə görə, İnformasiya çağı sosial təkamülün hərəkətverici qüvvəsi kimi modernləşdirilmiş informasiya sistemləri və internet kommunikasiyalarına səbəb olan kompüter mikrominiatürləşdirmə nailiyyətlərindən istifadə etməklə formalaşmışdır. Kitabxananın genişləndirilməsi 1945-ci ildə Fremont Rayder tərəfindən hesablanmışdır ki, kifayət qədər yer mövcud olduqda hər 16 ildən bir tutum ikiqat artır. O, həcmli, çürüyən çap əsərlərini kitabxananın müştəriləri və digər qurumlar üçün tələb əsasında çoxaldıla bilən miniatürləşdirilmiş mikroformalı analoq fotoşəkillərlə əvəz etməyi təklif etmişdir. Bununla belə, Rider, illər sonra analoq mikroformanın rəqəmsal görüntüləmə, saxlama və ötürmə mühiti ilə əvəzlənəcəyini, avtomatlaşdırılmış, potensial itkisiz rəqəmsal texnologiyalar vasitəsilə məlumatın inkişaf sürətində böyük artımların mümkün ediləcəyini proqnozlaşdırmırdı. Müvafiq olaraq, 1965-ci ildə tərtib edilmiş Mur qanunu, sıx inteqral sxemdəki tranzistorların sayının təxminən hər iki ildən bir iki dəfə artdığını hesabladı. 1980-ci illərin əvvəllərində hesablama gücünün təkmilləşdirilməsi ilə yanaşı, daha kiçik və daha ucuz fərdi kompüterlərin çoxalması məlumatlara anında daxil olmaq və bu məlumatı paylaşmaq və saxlamaq imkanı yaratdı.
İnformasiya hüququ
İnformasiya hüququ — informasiya sahəsində münasibətlərin hüquqi tənzimlənməsi sistemidir, yəni Rusiya inzibati hüququnun və mülki hüququnun bir alt sahəsi, habelə bu sahədə elm və akademik intizamdır. İnformasiya hüququ bir elm kimi inzibati hüququn bir alt sahəsi kimi informasiya hüququ, onun predmeti, metodları, informasiya münasibətlərinin hüquqi tənzimlənməsi prinsipləri, inkişaf tarixi, əsas institutları, hüquq normalarının müqayisəli hüquqi təhlili haqqında elmi biliklər sistemidir. və xarici ölkələrin informasiya sferasında sosial münasibətlər. Və bu elm özünün formalaşmasının ilkin mərhələsindədir. İnformasiya hüququ akademik bir fən kimi müvafiq təhsil müəssisələrində, ilk növbədə hüquqi olanlarda oxumaq üçün məcburi olan informasiya hüququ haqqında biliklər sistemidir. İnformasiya hüququ mürəkkəb hüquq sahəsidir. Son vaxtlara qədər informasiya hüququ inzibati hüququn alt sahəsi idi. İnformasiya hüququnun bir alt bölməyə ayrılması bütün elm adamları tərəfindən tanınmadı və nisbətən yaxınlarda baş verdi. Öz növbəsində onun yeni hüquq sahəsi kimi özünü tam təsdiqləməyə vaxtı yox idi İnformasiya hüququ anlayışı hüquq sahəsidir, informasiyanın dövriyyəsi, informasiya ehtiyatlarının formalaşdırılması və istifadəsi, informasiya sistemlərinin yaradılması və fəaliyyəti ilə bağlı informasiya sahəsində ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. vətəndaşların, təşkilatların, dövlətin və cəmiyyətin informasiya ehtiyaclarının təhlükəsiz şəkildə ödənilməsi.
İnformasiya idarəçiliyi
İnformasiya idarələşməsi və ya IG (information Governace) bir qurumda informasiyanın ümumi strategiyasıdır. İnformasiya İdarələşməsi informasiyanın təqdim etdiyi risklə, onun yaratdığı dəyəri balanslayır. İnformasiya İdarələşməsi qnuni uyğunluq, əməliyyat şəffavlığı və qanuni arayışlarla əlaqəli xərclərin azalmasına səbəb olur. Təşkilat işçilərin öz məlumat idarəetmə siyasətləri və prosedurları vasitəsilə məlumatları idarə etmələri üçün ardıcıl və məntiqi çərçivə yarada bilər. Bu politikalar təşkilatların və onların işçilərinin məlumatın fiziki və ya elektron şəkildə yaradılmasından asılı olmayaraq necə idarə olunması ilə bağlı düzgün davranışa rəhbərlik edir ( ESI ). İnformasiya idarələşməsi ənənəvi qeydlərin idarə olunmasından daha çoxunu əhatə edir. Buraya informasiya təhlükəsizliyi və qorunması, uyğunluq, məlumatların keyfiyyəti, məlumatların idarə edilməsi, elektron kəşf, risklərin idarə edilməsi, məxfilik, məlumatların saxlanması və arxivləşdirilməsi, biliklərin idarə edilməsi, biznes əməliyyatları və idarə edilməsi, audit, analitika, İT idarəetməsi, əsas məlumatların idarə edilməsi, müəssisə arxitekturası, biznes kəşfiyyatı, böyük verilənlər, verilənlər elmi və maliyyə.